Xəbər Lenti

28.07.15
  • Terrorçu qadın Ərdoğanın sarayında işləyibmiş...

  • 28.07.15
  • Sabah 42 dərəcə isti olacaq

  • 28.07.15
  • "Qurd qapısı" qəbiristanlığında da yanğın baş verib

  • 28.07.15
  • “Gecə canavarları” Qarabağa girməyəcək, amma ermənilərə dəstək verəcək

  • 28.07.15
  • İstanbulda əhaliyə xəbərdarlıq edildi

  • 28.07.15
  • Xızıda Dizəvər yaylağı yanır

  • 28.07.15
  • Azərbaycanda universitet rektoru qaçdı

  • 28.07.15
  • Kapital Bank”ın bankomatı partladıldı

  • 28.07.15
  • Azərbaycanla Gürcüstan arasında məxfi sazişin detalları açıqlandı

  • 28.07.15
  • İŞİD-in azərbaycanlı “İstanbul əmiri” barəsində həbs qərarı verildi

  • 28.07.15
  • Naməlum offşor şirkət "Aqrolizinq"lə on milyonlarıa dollarlıq müqavilə bağladı

  • 28.07.15
  • Hökumət Azərbaycanın maliyyə sektoru üzrə hesabatın dərcinə qadağa qoydu

  • 28.07.15
  • İran Azərbaycanda avtomobil istehsalı zavodu açmaq istəyir

  • 28.07.15
  • Türkiyədə jandarma rəisinin qətlinə görə 14 nəfər saxlanıldı

  • 28.07.15
  • Ali məktəbə daxil ola bilməyən daha bir gənc özünü asdı

  • 28.07.15
  • Rusiyanın "Türk axını" hökumətlərarası sazişi Ərdoğanın masasında

  • 28.07.15
  • Çempionlar Liqasında üçüncü mərhələ start götürür

  • 28.07.15
  • Özünü yandıran qaçqın “Qaçqınkom”dan ev istəyib, amma...

  • 28.07.15
  • Bank sektorunun “boz kardinallarının” mübarizəsi qızışır

  • 28.07.15
  • İrəvanın mərkəzində oturaq etiraz aksiyası keçirilir

  • 28.07.15
  • Neft Fondunun gəlirləri azalır, səbəblər çoxdur...

  • 28.07.15
  • ABŞ Türkiyənin İŞİD-ə qarşı əməliyyatlarını alqışlayır

  • 28.07.15
  • Fazil Məmmədov işçilərinə xəbərdarlıq etdi: “Bu hallar olmasın...”

  • 28.07.15
  • Bacısının keçmiş nişanlısını güllələdi

  • 28.07.15
  • Xəstə övladından imtina edən "ata" hüquq müdafiəçilərinə böhtan atır

  • Sabirabadda məntəqə seçki komissiyasının katibi nə səbəbdən ölüb? (-Video)

    Sabirabadda məntəqə seçki komissiyasının katibi nə səbəbdən ölüb? (-Video)
    Sabirabadda məntəqə seçki komissiyasının katibi nə səbəbdən ölüb? (Foto-Video)
    Əməkdaşımız Şəhriyar kənd orta məktəbində müəllim işləyən Ədalət Adıyevin məntəqədə vəfat etməsi ilə bağlı yayılan xəbərə aydınlıq gətirdi; mərhumun dayısı: “Xəstə olduğunu bildiyimizdən onun işləməyinə razı deyildik”

    Oktyabrın 9-da ölkəmizdə keçirilən prezindent seçkisi günü Sabirabad rayonu, Şəhriyar kəndi məntəqə seçki komissiyasının katibi Adıyev Ədalət Abuzər oğlunun vəfat etdiyi xəbəri yayıldı. “Facebook” sosial şəbəkəsində yayılan informasiyada deyilirdi ki, Ədalət Adıyev məntəqədə olarkən seçki prosesinin saxtalaşdırılmasına dözməyərək əsəbləşib və qəfil ürək tutması ilə elə məntəqədə vəfat edib.
    Oktyabrın 10-da xəbərin nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün yolumuzu Sabirabad rayonu, Şəhriyar kəndindən saldıq. Kənd sakinlərindən öyrəndik ki, mərhum Ədalət Adiyev uzun illərdir kənd məktəbində müəllim işləyib. Kənddə sayılıb, seçilən ağsaqqallardan biridir. Adıyevlər ailəsi Şəhriyar kəndinin girəcəyində yaşayırlar.
    Mərhumun yas mərasimində iştirak edib, yaxınlarından Ədalət müəllimin nə səbəbdən rəhmətə getdiyinə aydınlıq gətirməyə çalışdıq. Mərhum Ədalət Adiyevin dayısı Paşa İsayev qəzetimizə açıqlamasında bildirdi ki, bacısıoğlu ilə bağlı yayılan informasiyadan hədsiz dərəcədə təəsüflənib: “Ədalət haqqında verilən məlumatlar yalandır. Mərhum uzun illər xəstəlikdən əziyyət çəkib. Üç il bundan öncə əməliyyat olunub. Ürəyində problemi var idi. Seçki günü səhər-səhər kənddə yerləşən məntəqəyə gedərkən evdə qəfil ürəyi tutub və rəhmətə gedib”.

    Seçki məntəqəsində mərhumun kimlərsə tərəfindən hirsləndirilməsi məsələsinə aydınlq gətirən Ədalət Adıyevin dayısı qeyd etdi ki, deyilənlər yalandır: “Onu heç kəs hirlsləndirməyib. Dediyim kimi, səhər evdən məntəqəyə getmək istəyəndə ürəyi tutub. Seçkidən öncə onu Şəhriyar kəndi məntəqə seçki komissiyasının katibi təyi etmişdilər. İşinə çox məsuliyyətlə yanaşan biri idi. Seçki günü biz özümüz də arzı deyildik ki, o işə getsin. Ürəyinin xəstə olduğunu bilirdik”.

    Paşa İsayev qeyd etdi ki, mərhum eyni zamanda mədə xəstəliyindən əziyyət çəkirmiş amma, ölümünə ürək tutması səbəb olub: “62 yaşı var idi. Şəhriyar kənd orta məktəbində riyaziyyat müəllimi işləyirdi. Bu il məktəbdə işlədiyinin 6 ili tamam oldu. Öncələr isə, Şəhriyar kənd icra nümayəndəliyinin müavini vəzifəsində çalışıb. Seçki təşviqatı müddətində səhhəti normal olub. Xəstə olduğunu bildiyimizdən onun işləməyinə razı deyildik”.

    Mərhumun yaxınları bildiridlər ki, oktyabrın 9-da Sabirabad Rayon Prokurorluğunun əməkdaşları Şəhriyar kəndinə gələrək araşdırma aparıblar. Mərhum Ədalət Adıyev rəhmətə getdiyi gün kənd qəbirstanlığında dəfn edilib.

    Fərahim İLQAROĞLU
    Baxış sayı: 3189
    Oxşar xəbərlər:
    Ana səhifə Siyasət İdman Region Dünya Münasibət Mövqe Aktual Ekslusiv Cəmiyyət KriminalŞou-Biznes
    Saytın rəhbəri: Fikrət Fərhadoğlu Tel: 070 2666836 E-mail: ferhadoglu78@mail.ru
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.